10 C
Baku
Thursday, February 19, 2026

Brent neftinin qiyməti 29 yanvardan bəri ilk dəfə 71 dolları ötüb

Londonun ICE birjasında aprel tədarüklü Brent markalı neftin fyuçerslərinin qiyməti 29 yanvardan bəri ilk dəfə olaraq bir barel üçün 71 dolları keçib. Bu, ticarət məlumatlarında əks olunub.

Bakı vaxtı ilə saat 15:19-a olan məlumata görə, kotirovkalar 1,2% artaraq 71,2 dollar/barel səviyyəsinə yüksəlib.

Fevral ayında Brent markalı neft 70 dollar/bareldən yuxarı qalxaraq ötən ilin avqust ayındakı səviyyələrə qayıdıb. İnvestorlar ABŞ və İran arasında qarşıdurmanın kəskinləşməsinə reaksiya verirlər. Eyni zamanda, Rusiya mənşəli Urals neftinə tələbat da artır.

Son xəbərlər
Digər xəbərlər