Bu, 2009-cu ildən indiyədək müşahidə olunan ən aşağı qiymətdir.
Londonda keçirilən hərraclarda Brent neftinin qiyməti bir barelə görə 50 dollardan aşağı düşüb.
Bakı vaxtı ilə saat 11:50-də neftin qiyməti bir barelə görə 49 dollar 98 sent təşkil edib.
Bu, 2009-cu ildən indiyədək müşahidə olunan ən aşağı qiymətdir. ICE qitələrarası fyuçers birjasının məlumatları bundan xəbər verir.
Beləliklə, Brent nefti 2,15% yaxud 1 dollar 12 sent ucuzlaşıb.
Qeyd edək ki, dünyada karbohidrogenlərin qiymətinin ucuzlaşması ötən ilin sonundan müşahidə olunur.
Mütəxəssislər bunu ABŞ-da yeni şist nefti yataqlarının kəşfi ilə əlaqələndirirlər.
Ekspertlər 2015-ci ildə bazarda neft təklifinin “qara qızıla” olan tələbatı üstələyəcəyini düşünürlər.
Oxu.az