Dünya birjalarında neftin qiyməti artıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 9:30 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 0.28$ yəni, 0.50% artaraq 55.87$-da qərarlaşıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.10$, yəni, 0.15% bahalaşaraq 66.35$-a təklif olunub.
Brent 66 dolları da ötüb