11 C
Baku
Thursday, February 26, 2026

“Brent” neftinin qiyməti 70 dollardan aşağı düşüb

Londonun ICE birjasında 2026-cı ilin may ayı üzrə tədarük nəzərdə tutulan “Brent” markalı neft fyuçerslərinin qiyməti 18 fevral 2026-cı ildən bəri ilk dəfə olaraq bir barel üçün 70 dollardan aşağı enib. Bu barədə ticarət məlumatları göstərir.

Bakı vaxtı ilə saat 14:19-a olan məlumata əsasən, “Brent” neftinin qiyməti 1,23% azalaraq 69,98 dollar təşkil edib.

Saat 14:28-də isə azalma sürətlənib və “Brent” 1,44% ucuzlaşaraq 69,83 dollar səviyyəsində ticarət olunub.

Eyni zamanda, 2026-cı ilin aprel ayı üzrə WTI markalı neft fyuçersləri 1,45% azalaraq bir barel üçün 64,47 dollar səviyyəsində olub.

Son xəbərlər
Digər xəbərlər