Brent neftinin qiyməti 8 iyundan bəri ilk dəfə 97 dolları ötüb

Londonun ICE birjasında Brent markalı neftin qiyməti 2026-cı il iyunun 8-dən bəri ilk dəfə bir barel üçün 97 dolları ötüb. Bu barədə ticarət platformasının məlumatlarında bildirilir.

Bakı vaxtı ilə saat 11:01-ə olan məlumata görə, Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 3,15% artaraq bir barel üçün 97,03 dollara çatıb. Beləliklə, Brent nefti 2026-cı il iyunun 8-dən bəri ilk dəfə 97 dollar həddini keçib.

Eyni zamanda, WTI markalı neftin sentyabr fyuçersləri 2,43% bahalaşaraq bir barel üçün 88,94 dollar səviyyəsində ticarət olunub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər