Brent neftinin qiyməti 85 dollardan aşağı düşüb

İyulun 27-də keçirilən ticarət sessiyasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti enişini davam etdirib. Londonun ICE birjasının məlumatına görə, Bakı vaxtı ilə saat 13:56-ya olan məlumata əsasən, Brent nefti bir barel üçün 84,6 dollar səviyyəsində satılıb ki, bu da əvvəlki göstəricidən 7,32% azdır.

Saat 14:03-ə olan məlumata görə isə eniş tempi zəifləyib və qiymət yenidən 85 dollar ətrafında sabitləşib.

Neft qiymətləri gecə saatlarından etibarən ucuzlaşmağa davam edir. Bazar iştirakçıları bunu Yaxın Şərqdə münaqişənin mümkün deeskalasiyası ilə bağlı xəbərlərlə əlaqələndirirlər.

İyulun 25-nə keçən gecə ABŞ iki həftə davam edən İrana zərbələr seriyasını dayandırıb. Axios-un mənbələrinin bildirdiyinə görə, bu addım Oman və İran arasında Hörmüz boğazında gəmiçiliyin bərpasına dair razılaşmanın yaxın vaxtlarda imzalana biləcəyi ilə əlaqədar ola bilər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər