Brent neftinin qiyməti bir barel üçün 73 dolları ötüb

Brent markalı neftin qiyməti bir barel üçün 73 dollar həddini keçərək artımını davam etdirib.

Bakı vaxtı ilə saat 11:05-ə olan məlumata görə, sentyabr fyuçerslərinin qiyməti bir barel üçün 73,03 dollar təşkil edib. Bağlanış göstəricisi ilə müqayisədə artım 1,44% olub.

ABŞ və İran danışıqları davam etdirir. Vaşinqton və Tehran iyunun 18-nə keçən gecə məsafədən qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Həmin tarixdən etibarən 60 gün ərzində tərəflər nüvə proqramı ilə bağlı məsələlər üzrə razılığa gəlməlidirlər. ABŞ və İran arasında növbəti danışıqlar raundu iyulun 11-də Pakistanda keçiriləcək.

Hörmüz boğazında gəmiçiliyin bərpasından sonra Brent neftinin qiymətinin bir barel üçün 75–85 dollar aralığında qalacağı gözlənilir. Analitiklərin qiymətləndirilməsinə görə, 2026-cı ilin üçüncü rübü üzrə Brent neftinin orta qiyməti ilə bağlı proqnoz 80 dollar, dördüncü rüb üzrə isə 70 dollar səviyyəsində saxlanılır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər