Londonun ICE birjasında sentyabr tədarüklü Brent markalı neft fyuçerslərinin qiyməti 2026-cı il iyulun 20-dən bəri ilk dəfə bir barel üçün 87 dollardan aşağı enib. Bunu hərrac məlumatları göstərir.
Bakı vaxtı ilə saat 07:02-yə olan məlumata görə, Brent neftinin qiyməti 2,22% azalaraq bir barel üçün 86,4 dollara düşüb.
Saat 07:16-da isə eniş tempi zəifləyib və Brent markalı neftin qiyməti 1,92% azalaraq 86,66 dollar olub.
Eyni zamanda, avqust tədarüklü WTI markalı neft fyuçerslərinin qiyməti 9,34% azalaraq bir barel üçün 80,97 dollara enib.






