Londonun ICE birjasında sentyabr tədarüklü Brent markalı neftin fyuçers qiyməti cari ilin iyunun 11-dən bəri ilk dəfə bir barel üçün 91 dolları ötüb. Bunu ticarət məlumatları göstərir.
Baki vaxtı ilə saat 02:27-yə olan məlumata görə, Brent neftinin qiyməti 3,54% artaraq bir barel üçün 91,22 dollara yüksəlib. Saat 02:30-da Brent-in bahalaşması sürətlənib və qiyməti 91,42 dollara (3,77% artım) çataraq bazar ertəsi səhərinin maksimumunu qeydə alıb.
Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Brent neftinin qiymət artımı zəifləyib və bir barel üçün 90,26 dollar (2,45% artım) səviyyəsində ticarət olunub. Eyni zamanda, avqustda çatdırılmaqla WTI markalı neftin fyuçers qiyməti 2,27% artaraq bir barel üçün 83,64 dollara yüksəlib.







