“Brent” markalı neftin bir barelinin qiyməti 27 noyabr 2014-cü il tarixindən bu yana ilk dəfə olaraq 75 dolları ötüb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:50 radələrində, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 16 sent, yəni, 0.21% bahalaşaraq 74.93$-a təklif olunub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 26 sent, yəni, 0.38% artaraq 68.84$-da qərarlaşıb.