7 C
Baku
Thursday, December 12, 2024

Brent neftinin yenidən 60 dollara düşəcəyi proqnozlaşdırılır

Yaxın aylarda qlobal bazarda “Brent” markalı neftin qiymətinin aşağı düşməsi və 60 dollar/barel səviyyəsinə enməsi ilə bağlı risklər mövcuddur.

Bu barədə “Saxo Bank”ın I rüb üçün hazırladığı proqnozlara istinadən xəbər verir.

“2018-ci ildə neftin qiymətini əsasən 3 amil – neft hasil edən şirkətlərin qiymət artımına münasibəti, neft təchizatında yeni risklər və dünya iqtisadiyyatının daha da güclənməsi amilləri müəyyən edəcək”, – deyə Bankdan bildirilib.

Qeyd edək ki, “Saxo Bank”ın proqnozu ticarət aktivlərinin əsas kateqoriyaları – valyuta, xammal, qiymətli kağızlar, həmçinin maktoiqtisadi tendensiyaları əhatə edir. Bankın ekspertləri  hesab edirlər ki, sakit keçən 2017-ci ildən fərqli olaraq, 2018-ci ildə bazarı bir çox risklər gözləyir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər