Brent son saatlarda 35 $/bll. səviyyəsində ticarət olunur

Dünya birjalarında Brentin qiyməti iyul fyuçersləri üzrə dəyəri 35 dollar/barel ($/bll) səviyyəsinə yaxın ətrafda fırlanıb.

Bu barədə Banker.az Bloomberg-ə istinadla xəbər verir ki, Bakı vaxtı ilə 8:30 radələrində Londonun ICE qitələrarası fond birjasında Brent markalı neftin hər barelinin dəyəri $0,16 və ya 0,46% bahalaşmaqla $34,97 səviyyəsində olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI $0,11, yəni, 0,35% bahalaşmaqla $31,93 səviyyəsində olub.