Birjalarda neftin qiyməti 56 dollar/barrelə yaxın qiymətə ticarət olunmaqdadır.
Banker.az Bakı vaxtı ilə 09:05 radələrinə olan məlumata istinadən xəbər verir ki, Londonun ICE qitələrarası fond birjasında Brent markalı xam neftin bir barreli 0.34% ucuzlaşmaqla 55.89 dollara düşüb.
WTI markalı xam neftin bir barreli isə 0.49% bahalaşmaqla 53.24 dollar olub.