10 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

Brentin qiyməti də son 7 ilin maksimumuna yüksəldi – [yenilənib]

14:43

Londonun ICE birasında Brent markalı xam neftin barreli 2014-cü ildən bu tərəfə ən yüksək həddə keçib.

Banker.az xəbər verir ki, Brent markalı xam neftin dekabr fyuçersləri üzrə hər bir barreli 84.29 dollara çatıb. Brent sonuncu dəfə 2018-ci ilin oktyabrında 84 dollar/barreli ötsə də, maksimumu 84.14 dollar/barrel olmuşdu.

Beləliklə, hazırkı qiymətlə – 2014-cü ilin 26 oktyabrından bu tərəfə Brent nefti ən baha qiymətinə yüksəlib.

Qərbi Texas neftinin barreli də hazırda 81.30 dollar/barrelə ticarət olunur.

86520126 lebanonarsaltripoli4641115 1


09:01

Dünya birjalarında neftin qiyməti yenidən bahalaşmaqla 84 dollara çatıb.

Banker.az xəbər verir ki, London birjasında Brentin barreli 59 sent, yaxud 0.71% artımla 83.77 dollara yüksəlib.

Nyu-York birjasında WTI markalı xam neftin barreli 56 sent, yaxud 0.70% bahalaşmaqla 81 dollara yüksəlib.

 

Son xəbərlər
Oxşar xəbərlər