18 C
Baku
Wednesday, May 29, 2024

Brentin qiyməti yenidən 80 $/bareli ötüb

Geosiyasi faktorlardan qaynaqlanaraq neftin qiyməti bir daha 80 dolların üzərinə atılıb.

Banker.az xəbər verir ki, Brent neftinin fevral fyuçerslərində bir bareli London birjasında (ICE) 68 sent və ya 0.86% bahalaşaraq 80.07 dollar səviyyəsinə yüksəlib. Bəzi saatlarda Brent 80.30 $/barel təşkil edib.

Nyu-York NYMEX-də WTI-ın fevral fyuçersi 63 sent artaraq (0.85%) 74.52 $/dollar təşkil edib.

Qeyd edək ki, cari həftə neft qiymətləri Husilərin Qırmızı dənizdən keçən istənilən ticarət gəmisinə hücum edəcəkləri ilə bağlı hədələməsi neft qiymətlərini bahalaşdırıb. Belə ki, bazar bunu təchizat zəncirində qırılma ehtimalı kimi dəyərləndirir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər