Londonun ICE birjasında “Brent” markalı neftin qiyməti 91 dollar/bareldən yuxarı qalxıb. Sonuncu dəfə bu, 23 oktyabr 2023-cü ildə baş verib. Cümə axşamı saat 22:45-də neftin qiyməti 91.16 dollar/barelə çatıb.
Bakı vaxtı ilə saat 22:42-yə olan məlumata görə, “Brent” markalı neftin bir barreli 90.9 dollara satılıb. WTI markalı neftin qiyməti Bakı vaxtı ilə saat 22:51-ə 86.67 dollar təşkil edib.
Qiymətlər İsrail və HƏMAS arasında müharibə fonunda başlayan, Qırmızı dənizdə ticarət gəmilərinə davam edən husi hücumları da daxil olmaqla, tələb və təklif balanssızlığı səbəbindən yüksəlməyə başlayıb.