Neftin qiyməti dünya birjalarında bahalaşmaqda davam edir.
Banker.az xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti bir barel üçün 80.22 dollara çatıb. Bu da günlük 1.2%-dən çox bahalaşmadır.
Bu da ötən həftənin minimumundan 10.76% çoxdur.
Səhər saatlarındakı məqalədə qeyd etdiyimiz kimi, Yaxın Şərqdə artan geosiyasi gərginlik fonunda mümkün tədarükün pozulması ilə bağlı narahatlıqlarla bağlıdır.
Yəmənin husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumları böyük gəmiçilik şirkətlərini marşrutlarını dəyişməyə məcbur edib.