ABŞ-ın 33 bankı Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasının (“Brexit”) onların biznesinə mümkün təsirini qiymətləndirib. Bu barədə “Bloomberg” agentliyi öz mənbələrinə istinadən yazır.
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) stress-testlərin nəticələrini referendum keçiriləcəyi gün, yəni iyun 23-də dərc edəcək.
KBW-in analitikləri hesab edir ki, “Brexit” gələn il ABŞ-ın 5 ən iri bankının gəlirini 5-9% azaldacaq. Əsas səbəb kimi, valyuta məzənnələrinin volatilliyi, ticarət əməliyyatlarının həcminin azalması və s. göstərilir.
APA