Banker.az xəbər verir ki, büdcə üzrə Avropa komissarı Günter Ettinqer bildirib ki, Böyük Britaniya Aİ tərkibindən çıxdıqdan sonra hər il ittifaqda 10-dan 12 milyard avroya qədər büdcə çatışmazlığı yaşanacaq.
Ettinqer alman Bild nəşrinə verdiyi müsahibəsində vurğulayıb ki, bu şərtlər çərçivəsində iqtisadi tədbirlərə və üzv ölkələrin daha yüksək yatırımlarına əl atmaq lazım gələcək.
Daha əvvəl verilən məlumatda qeyd edilir ki, London Brexit-dən sonra Avropa İttifaqı qarşısında maliyyə öhdəliklərini ödəmək məqsədilə 40 milyard avroya qədər məbləğ ödəməyə hazırdır.
Qeyd edək ki, 17 iyulda Brüsseldə Böyük Britaniyanın Aİ tərkibindən çıxması ilə bağlı ilk məsləhətləşmələr başlayıb. Britaniyanın Aİ tərkibindən çıxması zamanı mütləq olan şərt Brüsselə olan borcun ödənməsidir ki, bu borc da 100 milyard avroya qədər ola bilər.