Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən rəsmi olaraq çıxmaq prosesi mart ayının son həftəsində baş tutacaq.
Banker.az saytının Bloomberg agentliyinə istinadən verdiyi xəbərə görə, proses Aİ-da Roma sazişinin 60 illik yubileyinin qeyd edilməsindən sonra işə salınacaq.
Bir müddət öncə KİV-də yayılan məlumatlara görə, Böyük Britaniyanın baş naziri Brexit proseduruna bu həftə, yəni 14 mart tarixində start verəcək.
Birləşmiş Krallığın Avropa İttifaqının tərkibindən çıxması ilə bağlı referendum 2016-cı ilin 23 iyun tarixində baş tutdu. Səsvermədə iştirak edən britaniyalıların yarıdan çoxu Brexit-in lehinə səs verdi. Bunun ardınca isə ölkənin baş naziri Devid Kemeron istefa verdi və onu bu vəzifədə Tereza Mey əvəz etdi.