Böyük Britaniyanın şirkətləri arasında etibarlılıq yanvar ayında yeddi illik minimuma qədər düşüb, ölkənin istehlakçıları isə Brexit məsələsinin qeyri-müəyyənliyinə görə iqtisadi perspektivləri müsbət qiymətləndirmirlər.
İngiltərənin Lloyds Bank hesabatına əsasən, Böyük Britaniyada biznes optimistliyinin səviyyəsi kəskin şəkildə aşağı düşüb.
Bu, ölkənin Avropa İttifaqını heç bir razılaşdırılmış plan olmadan tərk etməsi ilə bağlı olmuşdur.
GfK-ın tədqiqatına əsasən, istehlakçıların əhval-ruhiyyəsi pessimistik olaraq qalmaqdadır. GfK məlumatlarına görə, 2013-ci ildən etibarən ümumi etimad səviyyəsi ən aşağı səviyyədədir.
GFK-in müştəri strategiyasının direktoru Joe Stayton məsələ ilə bağlı öz fikrini bildirib: “Iqtisadiyyatdakı neqativ əhval-ruhiyə, Brexit-dən irəli gələn potensial mənfi iqtisadi nəticələrdən xəbər verə bilər”.
Böyük Britaniyanın müxalifət leyborist partiyasının lideri Jeremy Corbin, 2019-cu ilin fevral ayında, parlament üzvlərinin təzyiqlərinə məruz qalaraq Brexit məsələsinə dair yeni referendumun keçirilməsi ideyasını dəstəkləyib. Müvafiq sənəd, partiyanın sentyabrdakı qurultayında, Liverpul şəhərində imzalanıb.
Partiyanın rəhbərliyi referendumun cavablarından biri də “AB-də qalmaq” olacağını etiraf edib.