18 C
Baku
Thursday, April 18, 2024

Brexit nəticəsində boş qalan yerlərə seçilən avropalı deputatlar maaşsız qalıblar

Avropa Parlamentində Brexit nəticəsində britaniyalı qanunvericilərin boş qalan yerlərinə seçilən digər ölkələrdən olan deputatlar maaşsız qalıblar. Onlar bu məsələ ilə əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklər.

The Guardian qəzetinə istinadla xəbər verilir ki, Avropa Parlamentində britaniyalı deputatlara 73 yer ayrılmışdı. Birləşmiş Krallığın Avropa İttifaqını tərk etməsindən sonra burada deputatların sayı 751-dən 705—endiriləcək və digər 27 yer Avropa Parlamentində az təmsil olunan ölkələr arasında bölüşdürüləcək. Lakin həmin deputatlar qanunverici orqanda öz fəaliyyətlərinə başlaya bilməyiblər. Onlardan biri – slovakiyalı deputat Miriam Leksmann bildirib ki, maaş ala bilmədiyindən Brüsseldən Bratislavaya qayıtmağa məcbur olub. O, daha doqquz ay işsiz qalacağını və bu məsələ ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyini deyib.

Qeyd olunur ki, Böyük Britaniyanın Aİ-dən ayrılması oktyabrın 31-də gözlənilir, amma tərəflərin razılığa gələ bilməməsi səbəbindən bu tarix də təxirə salına bilər. Slovakiyalı deputat Leksmann qeyd edib ki, proseslərin uzanması maaşsız deputatların probleminin həllinin də gecikməsinə səbəb olacaq. İrlandiyalı deputat Berri Endryus isə əsas məsələnin deputatların şəxsi problemlərinin deyil, Avropanın rifahı olduğunu qeyd edib. Onun sözlərinə görə, qanunvericilər Brexitin ləğvini istəyirlər.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər