21 C
Baku
Friday, July 1, 2022

Brexit: Obama “dünya iqtisadiyyatının artımı barədə narahatlıq” ifadə edib

Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmaq haqqında qərarı “dünya iqtisadiyyatının artımı barəsində uzunmüddətli narahatlıqlar” doğurur, ABŞ prezidenti Barack Obama bildirib. 

Banker.az BBC-yə istinadən xəbər verir ki, Amerika liderinin sözlərinə görə, Brexit Britaniyaya və Avropaya sərmayə qoyuluşunun perspektivləri dayandırıb.

Bu zaman Obama Aİ və Britaniya rəhbərliyini qurumdan çıxışı lazımınca etməyə çağırıb.

Obama özü Kanadanın Ottava şəhərində baş tutan sammitdə Kanada baş naziri Justin Trudeau və Meksika prezidenti Enrique Pena Nieto ilə iqtisadi əlaqələrin möhkəmlənməsini müzakirə edir.

Britaniyada baş tutmuş referendumdan əvvəl Amerika prezidenti Aİ-də qalmaq istəyənləri dəstəkləyidi və apreldə Daily Telegraph-da yazı ilə çıxış edərək Aİ üzvü olmağın üstünlüklərini qeyd edib.

ABŞ prezidentinin bu addımı Britaniyada tənqidə səbəb olub, çünki bir çoxları bu nəşrin başqa ölkənin daxili işlərinə qarışmaq cəhdi hesab edib.

Çərşənbə günü Avropa İttifaqının prezidenti Donald Tusk bildirib ki, insanların sərbəst yerdəyişmə prinsipinə hörmət olunmasa, Britaniya vahid bazara çıxışı əldə saxlaya bilməyəcək.

Avropa İttifaqının sammiti 40 il ərzində ilk dəfə olaraq Britaniya olmadan keçirilib.

Eyni zamanda, britaniya aksiyaları və funtun məzənnəsi Brexit barədə referendumdan sonra tədricən itirilmiş mövqelərini bərpa etməyə başlayıb.

Analitiklər bununla belə xəbərdarlıq edirlər ki, son bir neçə gündə müşahidə olunan artım, qısa ola bilər.

İstefa verdiyini elan etmiş Britaniyanın baş naziri David Cameron bildirib ki, Aİ-nin onun iştirakı ilə Brüsseldə baş tutmuş sonuncu sammiti “kədər və təəssüf” içində keçib.

 

Son xəbərlər
Oxşar xəbərlər