22 C
Baku
Sunday, June 26, 2022

“Brexit” şərtlərinin yerinə yetirilməməsinə dair hüquqi proses başlandı

Avropa Komissiyası (AK) “Brexit” şərtlərini yerinə yetirməməsinə görə Böyük Britaniya barəsində hüquqi tədbirə başlayıb.

“Reuters”ə istinadən, bu tədbir rəsmi Londonun Şimali İrlandiya ticarət düzənini birtərəfli şəkildə dəyişdirməsilə bağlı tətbiq olunur.

AK-nın qurumlararası əlaqələr üzrə vitse-prezidenti Maroş Şevçoviç də britaniyalı həmkarı David Frosta həmin addımdan daşınmaları üçün məktub göndərib.

Bu ay Böyük Britaniya hökuməti Şimali İrlandiyaya ərzaq idxalına dair bəzi nəzarət tədbirlərində güzəşt müddətini birtərəfli olaraq martın sonundan oktyabrın 1-dək uzatmışdı.

“Avropa Komissiyası protokolun İrlandiyaya və Şimali İrlandiyaya dair əsas müddəalarını pozduğuna görə Birləşmiş Krallığa rəsmi bildiriş göndərib”, – AK-nın açıqlamasında bildirilir.

Həmçinin Böyük Britaniyanın dürüstlük öhdəliyini də pozduğu qeyd olunur.

Report

Son xəbərlər
Oxşar xəbərlər