8 C
Baku
Thursday, December 12, 2024

“Brexit” səbəbindən 2 mindən artıq britaniyalı maliyyəçi Fransaya köçüb

“Brexit” səbəbindən maliyyə sektorunda 2,5 mindən çox iş yeri Böyük Britaniyadan Fransaya köçürülüb.

“The Guardian”ın verdiyi məlumata görə, bunu Fransa Bankının rəhbəri Fransua Villeroy de Qalau deyib.

Onun sözlərinə görə, həmçinin, Böyük Britaniyada qeydiyyatdan keçmiş maliyyə şirkətləri və banklar da ən azı 170 mlrd. avro məbləğində aktivlərini Fransaya köçürüb. Bundan başqa, Britaniya şirkətləri biznes və aktivlərini Dublin, Amsterdam və Frankfurta köçürüb.

“Pandemiyaya baxmayaraq, artıq 2 500-ə yaxın iş yeri artıq köçürülüb və təxminən 50 Britaniya təşkilatı 2020-ci ilin sonunda Fransaya ən azı 170 mlrd. avro dəyərində aktivlərinin köçürülməsinə icazə verib” – dedi Villeroy de Qalau bildirib.

O həmçinin əlavə edib ki, cari il ərzində bu trend davam edəcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər