27 C
Baku
Saturday, July 27, 2024

“Brexit” sonrası Britaniya Rusiya və İrana qarşı ittifaq yaradacaq

Böyük Britaniya Avropa Birliyindən çıxdıqdan sonra Avropada olmayan ölkələrlə iqtisadi əlaqələri gücləndirmək, həmçinin Rusiya və İrana qarşı mübarizə üçün yeni bir koalisiya yaratmaq niyyətindədir.

Bunu Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab söyləyib.

Raab ümid edir ki, yeni ittifaq İranın təhdid dolu davranışlarına və Rusiyanın Avropadakı pozucu hərəkətlərinə cavab olacaq.

Eyni zamanda, ittifaq üzvləri terrorizmlə mübarizə və iqlim dəyişikliyinə qarşı mübarizəyə də öz töhfələrini verəcəkdir.

Report

Son xəbərlər
Digər xəbərlər