17 C
Baku
Tuesday, April 16, 2024

Brexit: Tereza Meyə qarşı etimadsızlıq səsverməsi keçiriləcək

Böyük Britaniyanın baş naziri Tereza Mey ötən gün parlamentdəki “Brexit” səsverməsini uduzduqdan sonra müxalif Leyboristlər Partiyası bu axşam saat 19:00-da Meyə qarşı etimadsızlıq səsverməsi keçirəcək.

“Reuters”ə istinadən, bu barədə Leyboristlərin lideri Ceremi Korbin bəyan edib. Bildirib ki, bu cür məğlubiyyətdən sonra Tereza Mey hökumətinin səlahiyyətlərini davam etməsi yolverilməzdir.

Anti 1547633479Lakin buna baxmayaraq, baş nazir vəzifədən getmək niyyətində olmadığını və britaniyalıların “Brexit” arzusunu sonadək təmin edəcəyini deyib.

Qeyd edək ki, ötən axşam Britaniya parlamenti ölkənin Avropa İttifaqından ayrılma formasını müəyyənləşdirəcək “Brexit” sazişini təsdiqləməyib. İcmalar Palatasının 202 üzvü sazişin lehinə, 432-si isə əleyhinə səs verib.

©Az Vision

Son xəbərlər
Digər xəbərlər