Banker.az Reuters agentliyinə istinadən xəbər verir ki, Britaniya parlamentinin İcmalar palatası Böyük Britaniyanın Aİ tərkibindən çıxması haqqında qanun layihəsini təsdiq edib.
Belə ki, 494 deputat lehinə, 122 nəfər isə əleyhinə səs verib. Sənəd baxlması üçün Lordlar palatasına təqdim edilib.
Böyük Britaniyanın Ali Məhkəməsi yanvar ayının sonunda ölkənin Aİ-nın tərkibindən çıxması məsələsinin parlamentdə səs verilməyə çıxarılmasını tələb etmişdi. Məhkəmə həmçinin qeyd etmişdi ki, Şotlandiya, Uels və Şiçali İrlandiya hökumətləri Brexit prosedurunu blok etmək hüququna sahib deyillər.
Bunun ardınca ölkə rəhbərliyi Brexitə başlanması haqqında qanun layihəsi nəşr etdi