BRICS-ə liderlik növbəti il Braziliyaya keçir, Rusiya bu ötürmənin səmərəliliyi üçün mümkün olan hər şeyi edəcək.
Bunu Rusiya Prezidenti Vladimir Putin BRICS sammitinin geniştərkibli iclasında bildirib.
“Braziliya həqiqətən də BRICS-ə sədrliyi bizdən qəbul edir. Biz öz tərəfimizdən sizi dəstəkləmək və bu ötürülmənin səmərəli olması üçün mümkün olan hər şeyi edəcəyik. Əminik ki, BRICS-ə liderlik etibarlı əllərə keçir”, – o deyib.