26 C
Baku
Friday, April 19, 2024

BRICS-də fikir ayrılıqları var

BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) ölkələrinin illik sammiti videoformat çərçivəsində həyata keçirilib. İyunun 23-də reallaşan sammitə Çin sədrlik edib. Bundan əvvəlki sədr Hindistan idi. Videoformat çərçivəsində keçirilən sammitdə problem yaşanıb. Rusiya mətbuatı liderlərin müzakirəsi zamanı səs probleminin olduğunu yazıb, yəni liderləri bir-birlərini eşitməkdə çətinlik çəkiblər. Tərçüməçilərin səslərini eştimək mümkün olmayıb.

Keçən sammitdən ötən müddətdə beynəlxalq aləmdə müxtəlif dəyişikliklər baş verib. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlayıb, Qərbin Rusiyaya qarşı sanksiyalar sərtləşib, Çin bölgədə hərbi gücünü artırıb, ərzaq problemi dərinləşib və s. Maraqlıdır ki, videoformat çərçivəsində keçirilən sammitdə heç bir lider Ukrayna müharibəsindən danışmayıb, ümumiyyətlə Ukrayna sözünü tələffüz etməyiblər. Rusiya prezidenti Vladimir Putin başqaları ilə bu mövzunu müzakirə etmək istəmir.

“Odur ki, Rusiya ilə tərəfdaşlıq münasibətlərində olan dövlətlərin liderləri Putini rahatsız etmək istəməyiblər. Digər tərəfdən heç bir lider, o cümlədən tərəfdaşlar Rusiyanın Ukraynaya qarşı müharibədə haqlı olduğunu vurğulamaq istəmir”- deyə, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir.

Siyasi şərhçi əlavə edib ki, BRICS liderləri sammitdə dünya ticarətindəki mövcud vəziyyəti və öz aralarında iqtisadi əlaqələrin gücləndirilməsi mövzularını müzakirə ediblər. Bunu reallaşdırmaq çətindir. Çünki BRICS təşkilatının iki əsas üzvü – Rusiya və Çinə qarşı müxtəlif sanksiyalar mövcuddur. Digər tərəfdən BRICS üzvü Hindistanın Çinlə sərhəd problemi var və buna görə Dehli Pekinlə iqtisadi əlaqələri və ticarəti gücləndirməyə risq etmir. Əksinə, sərhəddə baş verən son insidentdən sonra Dehli Pekinlə planlaşdırdığı bir sıra ortaq iqtisadi layihədən imtina edib. Digər tərəfdən Rusiya və Çindən fərqli olaraq BRICS-in digər 3 üzvü – Braziliya, Hindistan və Cənubi Afrika Respublikası ABŞ və Avropa ilə iqtisadi əməkdaşlığın inkişafına və strateji əlaqələrə çalışırlar. Odur ki, BRICS sadəcə fikir mübadiləsi üçün bir platformadır. Braziliya, Hindistan və Cənubi Afrika Respublikası Rusiya və Çinin xeyrinə Qərblə sıx əməkdaşlıqdan imtina etməyəcəklər. Təsadüfi deyil ki, Hindistan və Cənubi Afrika Respublikası “böyük yeddilərin” toplantısına dəvət olunmuşdrular. Rusiya BRICS-ə yeni üzvlər qoşmağa cəlb etsə də, bu təşkilatın ABŞ və müttəfiqlərinin formalaşdırdıqları təşkilatlardan üstün olacağı və ya onlarla rəqabət aparacağı problematikdir.

Son xəbərlər
Digər xəbərlər