14 C
Baku
Friday, November 22, 2024

BRICS nədir və niyə genişlənmək istəyir?

Pekin BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatının genişləndirilməsini və üzv dövlətlərin sayının artırılmasını təklif edib. Bu təklifi Çinin xarici işlər naziri Van İ səsləndirib. Bu təklif Çin Xarici İşlər Nazirliyinin saytında yayımlanıb. Görünür, Pekin bu təklifi səsləndirdikdən sonra digər üzv dövlətlərin rəyini öyrənməyə çalışacaq.

BRICS — beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrupdur. Üzvlər: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası (Brazil, Russia, India, China, South Africa, BRICS). 2011-ci ilə qədər təşkilatla bağlı BRIC abreviaturası istifadə olunurdu. BRIC-ə CAR-ın birləşməsiylə əlaqədar 18 fevral 2011-ci ildə, hind maliyyə nazirinin ərizəsi üzrə bundan sonra qrup BRICS adını daşımağa başladı.

  • Braziliya — kənd təsərrüfatı məhsulu ilə zəngindir;
  • Rusiya — dünyada ən böyük mineral resursların ixracatçısıdır;
  • Hindistan — ucuz intellektual resurslar;
  • Çin — ucuz əmək resurslarının sahibidir;
  • Cənubi-Afrika respublikası — təbii resurslar.

BRICS üzvlərinin sayının artırılması Çinin nəyinə lazımdır?

Çinin xarici işlər naziri bu təklifin mahiyyətini belə izah edib ki, təşkilatın üzvlərinin sayının artırılması əməkdaşlığın inkişafı üçün daha geniş imkanlar yaradacaq.

“Əslində isə Pekinin məqsədi başqadır”- deyə, bu məsələ ilə şərh verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir.

BRICS xəritədə:

800px BRICS.svg

Siyasi şərhçiyə görə, Rusiyanın Ukraynada apardığı işğalçı müharibə Pekini qorxudub.

“Çin ABŞ-ın sanksiyalarından ehtiyat edir. Bu sanksiyalar həm Rusiya şirkətlərinə, həm də bu şirkətlərlə əməkdaşlıq edənlərə qarşı yönəlib. Buna görə də Çinin Rusiya ilə uzun illər əməkdaşlıq edən nəhəng şirkətləri çətin vəziyyətə düşüblər”.

Elxan Şahinoğlu əlavə edir ki, onlar bir tərəfdən Rusiyaya mal satmaqda davam etmək istəyir, digər tərəfdən isə ABŞ-ın sanksiyaları ilə üzləşmək istəmirlər.

“Bu ikisini bir arada tutmaq çətindir. Pekin ikisindən birini seçmək istəmir. Vaşinqton isə Pekini seçimə sürükləmək istəyir”.

ÇİN DURUMU ANLAYIR

Pekində anlayırlar ki, Vaşinqton Rusiya ilə işi bitirdikdən sonra Çinə keçəcək. Pekin siyasi məkanda Amerika ilə mübarizə aparsa da, iqtisadi məkanda əməkdaşlıqdan qopa bilmir. Digər tərəfdən Çini Rusiya ilə bağlayan ortaq təşkilatlar mövcuddur. Bunlardan biri də BRICS-dir. Bu təşkilat Şanxay Əməkdaşlıq Təşkilatı kimi üzv ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafını şərtləndirir. Əks halda münasibətlərindəki problemlər səbəbindən Hindistanla Çin eyni təşkilatda yer almazdılar.

HİNDİATANIN MÖVQEYİ…

E.Şahinoğlu bildirir ki, Pekin BRICS üzvlərinin sayını artırmağı qarşısında hədəf qoymaqla Amerikanın Çinə qarşı təzyiqlərindən qurtulmaq istəyir.

Ancaq BRICS-ə yeni üzvlərin qəbulu Pekinə təhlükəsiz həyat vəd etməyəcək. Misal üçün Hindistan da BRICS üzvüdür. “Ancaq Hindistanın Çinlə təhlükəsizlik problemləri var və Dehli Vaşinqtonla əməkdaşlığa maraq göstərir”, siyasi şərhçi əlavə edir.

BRICS-in digər üzvləri olan Braziliya və Cənubi Afrika Respublikası da Vaşinqtonla əməkdaşlığa maraq göstərirırlər.

Politoloq deyir ki, BRICS-ə üzv ölkələr Rusiyanın Ukraynaya qarşı apardığı müharibədən məsafə saxlayırlar. İşğalçı müharibə Rusiyanın üzv olduğu bütün təşkilatları, o cümlədən BRICS-i də zəiflədib. Çünki heç bir dövlət Rusiyanın işğalçı siyasətinə şərik olmaq istəmir.

Son xəbərlər
Digər xəbərlər