Bütün ölkələr eyni məbləği yatıracaqlar.
BRİCS (Brazil, Russia, İndia, China, South Africa) ölkələrinin nümayəndələri Braziliya Fortalezində Yeni İnkişaf Bankının (New Development Bank) yaradılması haqqında saziş imzalayıblar.
Bu barədə Rusiya prezidentinin mətbuat xidmətindən bildirilib.
Rusiya prezidenti Vladimir Putin Sammitin plenar iclasında elan edib ki, BRİCS bankı dünya inkişafında iri çoxtərəfli maliyyə institutlarından biri olacaq.
“Onun elan edilmiş kapitalı 100 milyard dollardır”, – Rusiya lideri qeyd edib.
“Bu mexanizm bizim ölkələrimizin maliyyə bazarlarında böhrandan müdafiəsi üçün effektivli imkanlar yaradacaq”, – o vurğulayıb.
Prezident qeyd edib ki, summar resursu 200 milyard olan Yeni İnkişaf Bankı və Valyuta Fondu iştirakçı ölkələr arasında makroiqtisadi siyasətin koordinasiyası üçün əsas qoyurlar.
Daha öncədən xəbər verilib ki, bank öz işinə 2015-2016-cı illərdə başlaya bilər.
İlkin mərhələdə New Development Bankının kapitalı birliyin üzvləri tərəfindən daxil edilmiş 10 milyard dollar olacaq. Bütün ölkələr 2 milyard dollar yatıracaq, bu barədə iyul ayının 9-da RF maliyyə naziri Anton Siluanov bildirib.
Perspektivli cəhət isə BRİCS bankının işində iştirakçı olmayan ölkələrin də iştirak edə biləcəyidir. Amma BRİCS ölkələrinin payı 55% aşağı enməməlidir.
Oxu.az