16 C
Baku
Saturday, April 13, 2024

“Brioni” və “Yves Saint Laurent” xəzdən imtina etdi

Fransanın “Kering” holdinqi sentyabrın 24-ü “Gucci”, “Yves Saint Laurent” və “Bottega Veneta” dəb evlərinin xəzdən imtina edəcəyini açıqlayıb.

Banker.az xəbər verir ki, artıq 2022-ci ilin payız kolleksiyasında təbii xəzdən hazırlanmış məhsullar olmayacaq.

“Kering”in bu addımı simvolik xarakter göstərir, çünki bu markalarının əksəriyyəti əvvəllər də xəzdən istifadə etməyib. Məsələn, “Gucci” markası kimi “Balenciaga”, “Bottega Veneta” və “Alexander McQueen” çoxdan xəzdən imtina edib. Yalnız “Yves Saint Laurent” və “Brioni” məhsullarında təbii xəzdən vaxtaşırı istifadə edib.

Son zamanlarda getdikcə daha çox dəb evi təbii xəzdən istifadə etməkdən imtina edir – əvvəlki illərdə “Valentino”, “Chanel”, “Armani”, “Prada”, “Calvin Klein”, “Hugo Boss”, “Ralph Lauren” bunu açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər