35 C
Baku
Thursday, June 20, 2024

Britaniya 4 rusiyalı iş adamına sanksiya tətbiq edib

Böyük Britaniya bu gün 4 rusiyalı iş adamına sanksiya tətbiq edib.

Böyük Britaniya Ukraynadakı müharibəni maliyyələşdirməkdə ittiham etdiyi 4 rusiyalı polad və neft-kimya maqnatlarına sanksiyalar tətbiq edib.

Bu gün sanksiya tətbiq edilən şəxslər arasında Rusiyanın hasilat, nəqliyyat və tikinti sektorlarında pay sahibi olan Aleksandr Abramov və Alexander Frolov da var.

Əvvəllər rus polad istehsalçısı “Evraz”da əsas paylara sahib olan Roman Abramoviçin iş ortaqları olduğu bilinən Aleksandr Abramovun 4,1 milyard funt sterlinq və Alexander Frolovun 1,7 milyard funt sterlinq dəyərində xalis sərvətinin olduğu və Böyük Britaniyada təxminən 100 milyon funt sterlinq dəyərində əmlak investisiyalarının olduğu bildirilir.

Bu gün həmçinin şəxsi sərvəti 902 milyon funt sterlinq olan Ayrat Saymiyev və sərvəti təxmin 977 milyon funt sterlinq olan Albert Şiqabutdinov da sanksiyaya məruz qalıb.

Şiqabutdinovun baş direktoru olduğu “AO TAIF” qrupu xam neft istehsalı da daxil olmaqla Tatarıstanda kimya və neft-kimya emalı sənayesinin təqribən 96%-nə nəzarət edir.

Ayrat Şaymiyev isə dövlətə məxsus “Tatavtodor” nəqliyyat və tikinti şirkətinin baş direktorudur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər