14 C
Baku
Saturday, November 23, 2024

Britaniya artilleriya mərmilərinin istehsalını artıracaq

Böyük Britaniya öz anbarlarında ehtiyatları artırmaq üçün artilleriya mərmilərinin istehsalını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.

Bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Böyük Britaniya hökumətinin müdafiə üzrə əsas podratçısı “BAE Systems” (“Bi-Ey-İ sistems”) şirkətinə mərmi istehsalı üçün iri dövlət sifarişlərinin verilməsi ilə bağlı niyyət məktubu göndərilib. Bu, Krallığın Müdafiə Nazirliyi sifarişi şirkətə verməzdən əvvəl “BAE Systems”ə yeni məhsul xətlərinin yaradılmasına sərmayə qoymağa imkan verməlidir. Hazırda istehsal həcminin nə qədər olduğu və onların nə qədər arta biləcəyi ilə bağlı məlumatlar məxfidir.

Rəsmi olaraq nə “BAE Systems”, nə də Böyük Britaniya Müdafiə Nazirliyi bu məlumatı şərh etmir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər