10 C
Baku
Wednesday, December 11, 2024

Britaniya ATƏT-in sessiyasında iştirak edəcək Rusiya nümayəndə heyətinə viza verməyib

Böyük Britaniya ATƏT-in növbəti sessiyasında iştirak edəcək Rusiya nümayəndə heyətinin viza müraciətinə rədd cavabı verib.

Məlumatı Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini Vladimir Djabarov bildirib.

O, ATƏT-in növbəti sessiyasında iştirak edəcək Rusiya nümayəndə heyətinin üzvlərinə Britaniya vizasının verilmədiyini bildirib.

Qeyd edək ki, ATƏT-in növbəti, 29-cu sessiyası 2-6 iyul tarixlərində İngiltərənin Birminqem şəhərində keçiriləcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər