18 C
Baku
Monday, April 15, 2024

Britaniya aviaşirkətlərindən bilet satmamaq tələb olunub

Böyük Britaniyanın paytaxtı Londonun ən böyük hava limanı olan Hitrounun rəhbərliyi hava yolları şirkətlərindən bu yay üçün bilet satışının dayandırılmasını tələb edib.

Banker.az xəbər verir ki, Hava limanı rəhbərliyi tərəfindən verilən açıqlamada, epidemiyadan sonra sərnişin sayının artmasının öhdəsindən gəlməyin çətin olduğu, bu səbəbdən hava yolları şirkətlərindən bu yay üçün yeni bilet satmamaları tələb edildiyi bildirilib. Açıqlamada hava limanından istifadə edəcək gündəlik sərnişin sayının 100 minlə məhdudlaşdırılmasına qərar verildiyi qeyd edilib. Hava limanının gündəlik sərnişin sayına tətbiq etdiyi məhdudiyyətin 11 sentyabr 2022-ci il tarixindən etibarən qüvvəyə minməsi gözlənilir.

Hitrou Hava Limanının Baş İcraçı Direktoru Con Holland-Kaye, son həftələrdə sərnişin sayının gündə 100 min nəfəri keçdiyini bildirib: “İş saatlarının qəbuledilməz olduğu, növbələrin uzandığı, köməyə ehtiyacı olan sərnişinlərə dəstəyin gecikdiyi, baqajın sərnişinlərlə birlikdə hərəkət etmədiyi, punktuallığın aşağı olduğu və son anda ləğvlərin yaşandığı hallar olur. Qiymətləndirməmizə görə, aviaşirkətlərin yay aylarında xidmət göstərə biləcəyi gündəlik sərnişinlərin sayı 100 mini keçə bilməz”.

Qeyd edək ki, Böyük Britaniyada minlərlə insan son həftələrdə son dəqiqə ləğvləri və ya uzun gecikmələrlə üzləşib. Buna səbəb hava yolları və hava limanlarının işçi çatışmazlığı və sıxlıq olub. Çünki, epidemiya zamanı işçilərini işdən çıxaran aviaşirkətlər, epidemiyadan sonra artan səyahət tələbatını ödəmək üçün kifayət qədər kadr toplamaqda gecikdilər. Xüsusilə ölkədə uşaqlı ailələrin tətil ayı kimi tanınan avqust ayı öncəsi ləğvlər və gecikmələr bu yay britaniyalıları narahat edir.

Epidemiyadan əvvəl Hitrou hava limanı gündəlik 110 000-125 000 sərnişinə xidmət göstərə bilərdi.

Son xəbərlər
Digər xəbərlər