Böyük Britaniya qeyri-qanuni miqrant axınının dayandırılmasına kömək edəcəyi təqdirdə, Avropa İnsan Haqları Məhkəməsindən (AİHM) çıxa bilər.
Bunu Böyük Britaniyanın baş naziri Rişi Sunak AİHM-in 2022-ci ilin yayında qəbul etdiyi qərarı şərh edərkən deyib.
“Hesab edirəm ki, sərhədlərin qorunması və qeyri-qanuni miqrasiyaya nəzarət hər hansı xarici məhkəməyə üzvlükdən daha vacibdir, çünki bu, suverenliyimiz üçün əsasdır”, – deyə o qeyd edib.
Qeyd edək ki, 2022-ci ilin yayında göyərtəsində qeyri-qanuni mühacirlərin olduğu Böyük Britaniyadan Ruandaya planlaşdırılan ilk uçuş Avropa İnsan Haqları Məhkəməsinin qərarına əsasən ləğv edilib.
Nəşr qeyd edib ki, Rişi Sunak baş nazir olduğu bir il yarımdan az müddətdə ilk dəfə olaraq 1953-cü ildən qüvvədə olan Avropa İnsan Haqları Məhkəməsindən xitam verilməsinin mümkünlüyü barədə bəyanat verib.
Ondan əvvəl AİHM-ə xitam vermək imkanını 2019-2022-ci illərdə Böyük Britaniyanın baş naziri olmuş Boris Conson da mümkün sayıb.
O, Britaniyanın miqrasiya siyasətinin əsas məqsədinin La-Manş boğazı vasitəsilə ölkəyə qeyri-qanuni yollarla insan gətirən, onların həyatlarını riskə atan cinayətkar qruplarla mübarizə olduğunu diqqətə çatdırıb.