7 C
Baku
Thursday, February 29, 2024

Britaniya Azərbaycanla İKT sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır

“Böyük Britaniya Azərbaycanla İKT sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır”.

Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld deyib.

“Azərbaycanın İKT sektoru güclüdür və inkişaf etməyə davam edir. Buna texnologiyanın mənimsənilməsinin, texnologiyadan istifadə edən əhalinin, elektron hökumət təşəbbüslərinin, eləcə də rəqabət qabiliyyətini artırmaq üçün dövlət və özəl sektor investisiyalarının artan səviyyəsi təsir edir. Britaniyanın texnologiya şirkətləri artıq bu sahədə yerli şirkətlərlə əməkdaşlıq edir. Məqsədimiz bu əməkdaşlığı genişləndirmək və Britaniyada Azərbaycan bazarının imkanları haqqında məlumatlılığı artırmaqdır”, – səfir vurğulayıb.

Onun sözlərinə görə, Britaniyanın texnologiya şirkətləri artıq dekabr ayında dünyanın müxtəlif ölkələrindən texnologiya ekspertlərini bir araya gətirən illik Azərbaycan İnnovasiya Sammitində iştirak etməkdə maraqlı olduqlarını bildiriblər.

“Bu il biz Britaniyanın aparıcı kiberşirkətlərindən spikerləri dəvət edərək kiberkonfrans təşkil etməyi planlaşdırırıq. Kibertəhlükəsizlik və İT təhlükəsizliyi məsələləri ilə məşğul olan təhsil müəssisələri və universitetlər Azərbaycanda birgə proqramlar yaratmağa hazırdırlar”, – F.Auld əlavə edib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər