9 C
Baku
Thursday, December 12, 2024

Britaniya Azərbaycan iqtisadiyyatına ilin ilk üç rübündə $ mlrd. sərmayə yatırıb

Böyük Britaniya Birləşmiş Krallığı 2024-cü ilin ilk üç rübündə Azərbaycan iqtisadiyyatına 1 milyard 304 milyon ABŞ dolları dəyərində birbaşa investisiya yatırıb.

Banker.az xəbər verir ki, B.Britaniya bununla ölkənin ən iri investoru olaraq qalmaqdadır. Ölkənin sərmayə portfelində 28 faiz bu ölkəyə məxsusdur.

Keçən ilin eyni dövründə 1 milyard 368 milyon dollar bu ölkədən Azərbaycan iqtisadiyyatına sərmayə qoyulub.

Bu da illik müqayisədə 63 milyon dollar və ya 5% azalmadır.

Azərbaycandan isə B.Britaniya iqtisadiyyatına birbaşa investisiyanın həcmi 87 mln. dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər