14 C
Baku
Saturday, November 23, 2024

Britaniya Azərbaycanlı iş adamına sanksiya tətbiq etdi

Böyük Britaniya Ukraynadakı “referendumlar”da iştirak edən şəxslərə qarşı sanksiyalar tətbiq edib.

Belə ki, Sanksiya tətbiq olunan şəxslər arasında Xersonda qurulan hökumətinin başçısı, Rusiya Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Sergey Yeliseyev, qondarma “Luqansk Xalq Respublikası”nın təhsil və elm naziri İvan Kusov, Zaporojyedə qondarma hökumətin başçısı təyin olunan Yevgeni Balitski, qondarma “Donetsk Xalq Respublikası” sədrinin müavini Evgeni Solntsevin də adları var.

Bundan əlavə “Rusiya daşınmaz əmlakının kralları” kimi tanınan Qod Nisanov və Zarah İliyev sanksiyalara məruz qalan şəxslər arasındadır. Onların ümumilikdə 2 milyard funt sterlinqlik dəyərində sərvətə sahibdirlər. Ural Mədən-Metallurgiya Şirkətinin prezidenti və təsisçisi İsgəndər Mahmudov, ARETI Beynəlxalq Qrupunun prezidenti və sahibi İqor Makarov da sanksiyaya məruz qalıb.

 

Son xəbərlər
Digər xəbərlər