Banker.az xəbər verir ki, Britaniyanın Barclays bankı SWIFT-köçürmələrə alternativ (sürətli və təhlükəsiz pul köçürmələri üçün blockchain əsaslı sistem) yaradılması məqsədilə CLS Group blockchain konsorsiumuna qoşulub.
Konsorsiumun digər iştirakçıları sırasında JPMorgan Chase, Goldman Sachs və Çin bankı kimi nəhəng maliyyə təşkilatları var.
CLS konsorsiumunun iştirakçıları əcnəbi valyutaların mübadiləsi üçün açıq mənbəli Hyperledger Fabric blockchainindən istifadə edirlər.
Barclays bank bildirib ki, CLS platforma artıq mövcud olan SWIFT-köçürmələr sistemi ilə yanaşı fəaliyyət göstərəcək. Bu zaman müştərilərə seçim hüququ veriləcək. Belə ki, onlar ya SWIFT-i, yaxud da blockchain əsaslı yeni sistemdən istifadəni seçə bilərlər.
CLS Net adlanan platforma iştirakçılara blockchain əsaslı 6 müxtəlif növ məhsuldan istifadə edərək qlobal valyutalar ilə ticarət etməyə imkan verəcək.