Banker.az saytının verdiyi məlumata görə, Britaniya banklarının əlsəriyyəti yaxın aylarda Brexit-ə görə istehlak kreditlərinin verilməsini məhdudlaşdıracaq. İngiltərə bankının kredit bazarındakı vəziyyət ilə bağlı hesabatında qeyd olunub ki, bu 2008-ci ilən bu yana ilk belə hal olacaq.
Hesabatda bildirilir ki, kredit təşkilatları britaniyalıların alıcılıq qabiliyyətinin enməsi, 2017-ci ildə istehlak səviyyəsinin enməsi və funtun məzənnəsinin zəifləməsindən narahatdırlar.
Banklar həmçinin, şirkətlərin qeyri-müəyyənlik şərtlərində biznesə edilən investisiyaları azaldacaqlarından da narahatdırlar və bu korporativ sahəsinin kreditləşməsinə mənfi təsir edəcək.
Tənzimləyicinin təxminlərinə görə, Britaniya iqtisadiyyatı 2018-ci ildə 1,6%, 2019-cu ildə 1,7% artacaq.








