Banker.az saytının rus mətbuatına istinadən verdiyi məlumata görə, DomainTools şirkəti özünü Böyük Britaniyanın nəhəng maliyyə təşkilatlarının rəsmi saytı kimi qələmə verən 300-dən çox saxta sayt aşkar edib.
Şirkətin təqdim etdiyi hesabata əsasən, HSBC bankının 110, Barclays və Standard Chartered banklarının 74, Natwest-in 66 və Lloyds bankın 22 saxta saytı aşkar edilib.
Fırıldaqçılar tərəfindən ən çox istifadə olunan domenlər isə hsbc-direct.com, barclaya.net, lloydstsbs.com, natwesti.com və standardcharterd.com olub. Ümumilikdə 324 saxta sayt aşkar edilib.
Maliyyə təşkilatlarının rəsmi və orijinal saytlarına oxşar olan bu saxta saytlardan istifadə edən fırıldaqçılar müştəriləri aldadır, qeydiyyat və həmçinin şəxsi məlumatlarını ələ keçirirlər. Bununla yanaşı, bu domenlərdən istifadə etməkdə fırıldaqçıların əsas məqsədi müştərini müxtəlif maxinasiyaların olduğu zərərli xüsusi səhifələrə yönləndirməkdir.






