Böyük Britaniya Belarusa qarşı sanksiyalar tətbiq edib.
Bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Bu gün biz insan haqlarının pozulmasına görə məsuliyyət daşıyanlara və Rusiyanın Ukraynadakı müharibəsi ilə əlaqəsi olan şirkətlərə sanksiya tətbiq edirik”, – bəyanatda deyilir.