Böyük Britaniya Belarusa qarşı yeni sanksiya tətbiq edib.
Banker.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik Belarusu Rusiyanın Ukraynaya təcavüzünü aktiv şəkildə asanlaşdırmaqda ittiham edib.
Açıqlamada bildirilib ki, sözügedən yeni sanksiyalar paketi Belarusdan qızıl, sement, ağac və rezin idxalına qoyulan qadağaları əhatə edir.