“Ötən il Böyük Britaniya Ukraynaya 2,3 milyard funt sterlinq dəyərində hərbi dəstək göstərib və bu il maliyyə səviyyəsi artırıla bilər”.
Bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak bəyan edib.
Onun sözlərinə görə, Böyük Britaniya Ukraynanı uzaqmənzilli silahlarla təmin edən ilk ölkə olacaq. Sunak Ukraynadakı döyüşlər son nöqtəyə çatdığı üçün Qərb liderlərini hərbi dəstəyi ikiqat artırmağa çağırıb.
Siyasətçi həmçinin qeyd edib ki, Britaniya Ukraynaya döyüş təyyarələri vermək istəyən tərəfdaşlarına kömək etməyə hazırdır.