10 C
Baku
Tuesday, November 26, 2024

Britaniya bütün Rusiya banklarının aktivlərini tamamilə donduracaq

Böyük Britaniya yaxın günlərdə bütün Rusiya banklarının aktivlərini tamamilə donduracaq.

Bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass parlamentdə Rusiyaya qarşı yeni sanksiyaları təqdim edərkən deyib.

“Yaxın günlərdə müttəfiqlərimizlə hərəkətlərimizi koordinasiya etmək ümidi ilə bütün Rusiya banklarının aktivlərinin tam dondurulmasını tətbiq edəcəyik”, o deyib.

Qeyd edək ki, Böyük Britaniyanın Maliyyə Nazirliyi Rusiya Mərkəzi Bankına (MB) qarşı sanksiyalar tətbiq edəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər