24 C
Baku
Sunday, May 26, 2024

Britaniya dəstək üçün Türkiyənin zəlzələ bölgəsinə ordu göndərməyi təklif edib

Böyük Britaniya Türkiyədə zəlzələ bölgəsində humanitar səylərə kömək etmək üçün Türkiyəyə qoşun göndərməyi təklif edib.

Bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles “Sky News”a deyib.

O bildirib ki, Böyük Britaniya Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılmasında bu ölkəyə yardım edir.

Nazir Uolles Türkiyənin zəlzələ baş vermiş bölgəsində səhra xəstəxanasının qurulacağını deyib.

“Səhra xəstəxanamız artıq bu gün qurulmalıdır”, – britaniyalı nazir əlavə edib.

Müdafiə naziri qeyd edib ki, Böyük Britaniya yaralıların və humanitar yardımın Türkiyə ərazisində daşınması üçün yardım edir və C-130 Hercules (hərbi nəqliyyat təyyarəsi) hava dəstək qrupu bu günlərdə Türkiyəyə gedəcək.

Uollesin sözlərinə görə, NATO Baş katibi də humanitar yardımların daşınması üçün NATO-nun hava dəstəyinin hazır olduğunu bildirib.

“Mən demək olar ki, hər gün türkiyəli həmkarım Akarla təmasdayam – yazılı və ya telefon əlaqəsi. Mən ötən gün danışığımız zamanı humanitar səylərin reallaşması üçün əgər ehtiyac olarsa, ordu göndərməyi də təklif etdim”, – Böyük Britaniya müdafiə naziri vurğulayıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər