4 C
Baku
Friday, March 29, 2024

Britaniya dünyanın nəhəng iqtisadiyyatları beşliyini tərk edib

Böyük Britaniya tutduğu pilləni təhvil verib və dünyanın nəhəng iqtisadiyyatları reytinqində 6-cı pilləyə enib.

Banker.az Independant nəşrinə istinadən xəbər verir ki, bunu gələn il üçün büdcə layihəsini təqdim edərkən Britaniyanın maliyyə naziri Philip Hammond qeyd edib.

ABŞ, Çin, Yaponiya və Almaniya sözügedən reytinqin liderləri olaraq qalır. Beçinci pillənin sahibi Fransa olub. Böyük Britaniya isə altıncı pilləyə enib.

Lakin Hammond ölkənin iqtisadi potensialını qeyd edərək rəqibləri əvvəlcədən sevinməməyə dəvət edib.

Bununla belə, ekspertlər əmindirlər ki, bu il ölkə iqtisadiyyatı rekord səviyyədə aşağı artım dərəcəsi nümayiş etdirəcək. İqtisadiyyatın enməsinə isə Brexit lehinə səsvermədən sonra yaranan böhrandır. İkinci rüb ərzində Böyük Britaniya iqtisadiyyatı 0,3% artıb ki, bu da Aİ-na üzv ölkələrin nəticələrindən iki dəfə aşağıdır.

Son xəbərlər
Digər xəbərlər